Ö N S Ö Z
İnsanın davranışı və danışığı onun mədəniyyətinin göstəricisidir. Davranış və nəzakət qaydalarına riayət etmək digər insanlara hörmət etmək deməkdir. Bu, onların duyğularına qiymət verməyiniz mənasına gəlir.
Əslində, insanların ictimai həyatda bir-birilərindən gözlədikləri hərəkətlər davranış qaydalarının əsasını təşkil edir. Sizə yüksək qiymət və dəyər verilməsini istəmirsinizmi? “Nə tökərsən aşına, o da çıxar qaşığına” misalına uyğun olaraq əgər başqalarından nəzakət və gözəl davranış gözləyirsinizsə, əvvəl siz gözəl davranış sərgiləməlisiniz.
Məşhurlardan biri “Nəzakət insanı alçaltmaz. Amma nəzakətə diqqət edilməzsə, oturulan yerin haqqı nəzərə alınmazsa, millət və dövlətə zərər gələr” demişdir (İsmət İ.).
Davranış qaydalarının nə olduğunu tam izah etmək çətin və fikir dolaşdırandır. Çünki müəyyən bənzərliklər olsa da mədəniyyətdən mədəniyyətə, hətta ailədən ailəyə fərqli ola bilər.
Mövcud dəyərlərə uyğun davranışlar, ümumiyyətlə, qəbul edilər, əksinə davranışlar isə xoş qarşılanmaz, ayıblanar, hətta cəzalandırılar. Ona görə də davranış qaydaları üzərində geniş bir fikrinizin olması ictimai yerlərdə doğru addımlar atmanız və el arasında gözəl davranış nümunəsi göstərməyiniz üçün bir bünövrə olacaqdır.
Aşağıda ictimai həyata aid yemək, iş vaxtı, qonaq getmə və s. sahələrdəki nəzakətli davranış qaydalarına dair konkret qaydalar izah edilmişdir. Bu qaydaların hamısını birdən öyrənmək və tətbiq etmək mümkün olmaya bilər. Onları öyrənib hər dəfə birini tətbiq etməklə, özünü nəzakətliliyə və gözəl əxlaqa alışdıra bilrsiniz. Beləliklə, bir neçə aydan sonra siz nümunəvi insan olduğunuzu ətrafdakı insanlardan eşidəcəksiniz.
Unutmayın! Hansı yaşda və harada olursunuzsa olun, bilməmək eyib deyil, öyrənməmək eyibdir. Oxumaq isə heç vaxt gec deyil.
Ürək dolusu sevgi və hörmətlə,
Müəllif

KİTABI YÜKLƏMƏK ÜÇÜN AŞAĞIDAKI BAĞLANTIYA VƏ YA SAĞ TƏRƏFDƏKİ KİTABIN ŞƏKLİNƏ VURMAQ OLAR:
|
Müəlliflik hüquqları açıqdır. Dəyişiklik etməmək şərti ilə köçürmək, çap etmək, yaymaq sərbəstdir.
Hər kəs buradakı materiallardan öyrənmək və öyrətmək üçün istənilən şəkildə istifadə edə bilər.
Başqa müəlliflərə aid materiallar açıq mənbələrdən götürülmüşdür.
© Yaqub Məmmədli, Goranboy, 2014-2020.