ÜMUMİ QAYDALAR
- Xoşgörüşlü və xeyirxah insan olmaq;
- Yetkin bir şəxsiyyətə sahib olmaq, yetkin davranmaq (yaşına uyğun yetkinlikdə olmaq);
- Geyimə dəyər vermək. Geyimin mövqe, yer və zamana uyğun olmasına çalışmaq;
- Başqalarını narahat edən danışıq və ya davranışlardan (uyğun olmayan əl və söz ilə zarafatlardan çəkinmək) qaçmaq;
- İcazəsiz başqalarının əşyalarını qarışdırmamaq və istifadə etməmək;
- Hər yerdə öz yerini bilmək, oturuş və qalxışlarda hərəkətlərinə diqqət etmək lazımdır. Avtobusda gedərkən, salonda gözləyərkən sizdən yaşca və ya rütbəcə (vəzifəcə) böyük birisini gördükdə ayağa qalxaraq ona yer vermək yüksək əxlaq göstəricisidir. Bu qaydaya görə xəstələrə və qadınlara da yer vermək lazımdır.
- Evdə, idarədə, küçədə və s. yerlərdə rastlaşdığınız çətinliyə düşmüş bir insana kömək etmək alicənablıqdır.
- Yıxılan insanı qaldırmaq, axtardığını tapmağa kömək etmək, ağır yükü olana kömək etmək sizin anlayışlı insan olduğunuzu göstərər.
- Asqırarkən, öksürərkən sağ əlinizin üstü ilə ağzı tutmaq lazımdır. Süfrə başında, avtobusda, bazarda və digər ictimai yerlərdə asqırarkən başınızı aşağı salaraq arxa tərəfə dönmək məsləhətdir. Asqırma və öksürmə xəstəlik əlamətidirsə, ağzınıza dəsmal tutmalısınız.
- Lazım olduqda üzr istəməyi bilmək (bacarmaq);
- Şəxsi mövzuda danışanların yanına getməmək;
- Verilən sözün üstündə durmaq;
- Çalışın sözləriniz və əməlləriniz bir-birinə uyğun gəlsin. Danışığınızda başqa, hərəkətlərinizdə
başqa olmayın. - Tənqidi yerində və zamanında etmək;
- Başqalarının səhvlərini özünə bildirərkən (üzünə deyərkən) caamatın içində deyil, bir kənara çəkərək uyğun bir şəkildə – yumşaq dillə söyləyin. Bunun yanında doğru hərəkətin necə olduğunu da izah edin.
- Unutmayın! «Hər kəs özündə olanı satar» qaydasına uyğun olaraq istifadə etdiyiniz söz və
davranışların qızıltək dəyərli olmasına çalışın. İstisnasız olaraq hərkəsə qarşı (danışdığınız adam dünyada ən pis adam olsa da) nəzakətli olun. Qətiyyən lüğətinizdə kobud və mənasız sözlər olmasın. - Yaşadığınız yerdə qonşuları narahat edəcək şəkildə televizorun və ya maqnitofonun səsini yüksək səviyyəyə qaldırmamaq;
- Qarşılama və ya uğurlama əsnasında üzündən təbəssümü əskik etməyin.
- Simpatik insan olun – yəni bir nəfərə hər hansı bir hərəkəti etmədən əvvəl özünüzü o adamın yerinə qoyun. Sizə necə (incə və nəzakətli) davranılmasını istərdinizsə, siz də ona qarşı elə hərəkət edin.
Müəlliflik hüquqları açıqdır. Dəyişiklik etməmək şərti ilə köçürmək, çap etmək, yaymaq sərbəstdir.
Hər kəs buradakı materiallardan öyrənmək və öyrətmək üçün istənilən şəkildə istifadə edə bilər.
Başqa müəlliflərə aid materiallar açıq mənbələrdən götürülmüşdür.
© Yaqub Məmmədli, Goranboy, 2014-2020.
Hər kəs buradakı materiallardan öyrənmək və öyrətmək üçün istənilən şəkildə istifadə edə bilər.
Başqa müəlliflərə aid materiallar açıq mənbələrdən götürülmüşdür.
© Yaqub Məmmədli, Goranboy, 2014-2020.