XƏSTƏ ZİYARƏTİ
- Dostlarınız xəstələndiyi zaman dərhal, daha az səmimi olduğunuz adamları isə yaxşılaşdıqdan sonra ziyarət etmək lazımdır.
- Ağır xəstəlikləri olan, əməliyyata aparılan, reanimasiyada ciddi baxımda olan xəstələrin yaxınları ziyarət edilməlidir.
- Çox dincəlməyi vacib olan xəstəni tez-tez ziyarət etmək olmaz.
- Xəstənin yanında onun əhvalını pozacaq heç bir şey danışılmamalıdır. Əksinə, xəstəliklə əlaqədar müsbət xəbər və hekayələr bilirsinizsə, onları danışın.
- Xəstənin otağına girərkən nə çox qəmgin, nə də çox şən bir davranış ortaya qoymayın. Ona normal bir insan münasibəti göstərilməlidir.
- Ziyarət uzun çəkməməli, mümkünsə xəstənin yanında lazımi vaxtdan artıq dayanılmamalıdır.
Müəlliflik hüquqları açıqdır. Dəyişiklik etməmək şərti ilə köçürmək, çap etmək, yaymaq sərbəstdir.
Hər kəs buradakı materiallardan öyrənmək və öyrətmək üçün istənilən şəkildə istifadə edə bilər.
Başqa müəlliflərə aid materiallar açıq mənbələrdən götürülmüşdür.
© Yaqub Məmmədli, Goranboy, 2014-2020.
Hər kəs buradakı materiallardan öyrənmək və öyrətmək üçün istənilən şəkildə istifadə edə bilər.
Başqa müəlliflərə aid materiallar açıq mənbələrdən götürülmüşdür.
© Yaqub Məmmədli, Goranboy, 2014-2020.