QADIN - KİŞİ MÜNASİBƏTLƏRİ
- Qadın və kişi hər hansı bir yerdə qarşılaşarkən ilk «salam» həmişə qadından gəlməlidir.
- Yeni tanışlıqlarda ayrılış saatını qadının dilə gətirməyi lazımdır.
- Gəzintilərdə kişi daim qadının sol tərəfində – küçə tərəfdə gedər.
- Yolu keçərkən kişi qadının qoluna girər (tutar). Yolda hər hansı bir maneəyə rast gəldikdə əvvəl kişi onu keçir, sonra isə qadına kömək edir.
- Maşina minərkən kişi qapını açaraq qadının avtomobildəki ən şərəfli yerdə (arxa oturacağın sağ tərəfi) əyləşməsinə kömək edir. Daha sonra özü (şoferin yanında və ya arxada) əyləşir.
- Ümumiyyətlə, avtobusa, trolleybusa, taksiyə və s. əvvəlcə qadın minməlidir. Avtobus, tramvay və s. dolu maşınlara minərkən əvvəl kişi minərək qadına rahatlıqla otura bilməsi və ya dayana bilməsi üçün yer açmalıdır.
- Düşərkən isə əvvəlcə kişi düşür və qadının da düşməsinə kömək edir.
- Qadının kişi yanında bir yük götürməsi (əl çantası xaric) kişi üçün mədəniyyətsizlikdir.
- Pilləkənlə çıxarkən kişi qadından bir-iki pillə geridə, enərkən isə bir-iki pillə irəlidə addımlamalıdır.
- Yeməkli bir dəvətdə stola «salam» demək üçün yaxınlaşan bir qadın olduqda, stoldakı kişilər onu mütləq yerindən qalxaraq salamlamalıdır.
- Hər hansı bir yerdə – kafedə, teatrda, məclisdə oturulacaq stol-stul əvvəlcədən seçilibsə və ya sifariş verilibsə kişi yol göstərməkdən ötrü qabaqda gedir, qadın onu təqib edir.
- Stol arxasında oturarkən kişi qadına kömək edir və özü qadının solunda (stol kiçik isə qarşısında) əyləşir.
- Yeməyə çıxarkən (restoran, kafe və s.) menünü gözdən keçirərək və ya şəxsən menecerlə danışaraq nə yeyiləcəyinə qərar vermək kişinin üzərinə düşən bir vəzifədir. Bu kişinin qadının ağız dadını nəzərə almadığını ifadə etməz. Nəzakət qaydalarına görə, qadın seçmini ifadə etsə də, yeməyi sifariş vermək kişinin götürməsi lazım olan bir davranışdır. Bu vəziyyət kişinin qarşısındakı qadını çox yaxşı tanıdığını göstərməsi və ən xüsusi olanı (sürprizi) kəşfetmə vəzifəsini öz üzərinə aldığını ifadə etməsinin ən çox nəzərə çapran yollarından biridir.
Müəlliflik hüquqları açıqdır. Dəyişiklik etməmək şərti ilə köçürmək, çap etmək, yaymaq sərbəstdir.
Hər kəs buradakı materiallardan öyrənmək və öyrətmək üçün istənilən şəkildə istifadə edə bilər.
Başqa müəlliflərə aid materiallar açıq mənbələrdən götürülmüşdür.
© Yaqub Məmmədli, Goranboy, 2014-2020.
Hər kəs buradakı materiallardan öyrənmək və öyrətmək üçün istənilən şəkildə istifadə edə bilər.
Başqa müəlliflərə aid materiallar açıq mənbələrdən götürülmüşdür.
© Yaqub Məmmədli, Goranboy, 2014-2020.