MÜRACİƏT VƏ XİTAB ETMƏ
- İctimai yerlərdə və üz-üzə görüşlərdə adın sonuna «xanım» və ya «bəy» sözlərini əlavə edərək müraciət etmək yaxşıdır (Rəhim bəy, Almaz xanım). Adların sonunda hörmət mənasında «müəllim» sözünü də işlətmək olar (Musa müəllim, Əyyub müəllim).
- Rəsmi yerlərdə adların əvvəlində «hörmətli», «cənab» sözlərini istifadə etmək nəzakət qaydasıdır.
- İctimai sahələr və həyatda yığıncaqlarda, tədbirlərdə dövlət, hökumət adamlarına və yuxarı idarəçilərə rəsmi adları ilə müraciət edilir (Hörmətli nazir, cənab rəis).
- Eyni səviyyədə və kiçik olanlara rəsmi yerlərdə rəsmi adları ilə (Hörmətli menecer), yarı rəsmi yerlərdə soyadları ilə (Cənab Məmmədov), ictimai yerlərdə isə vəzifələri, rütbələri (Hörmətli müdir, Cənab zabit) ilə müraciət edilir.
- Böyük (idarəçi) ilə yaxınlıq varsa, xüsusi yerlərdə və üzbəüz əlaqələrdə adamın istəyi ilə və yaxınlıq dərəcəsinə görə Məhəmməd əmi, Qəhrəman dayı və s. xitab etmək olar. Amma belə müraciət rəsmi yerlərdə və üçüncü şəxslərin yanında işlədilməməlidir.
- İctimai yerlərdə eyni yaş qrupunda olan tanımadığınız qızlara-qadınlara «xanım», daha səmimi olaraq «bacı»; tanımadığınız oğlanlara-kişilərə «qardaş», «əmioğlu» kimi ifadələrlə müraciət etmək olar.
Müəlliflik hüquqları açıqdır. Dəyişiklik etməmək şərti ilə köçürmək, çap etmək, yaymaq sərbəstdir.
Hər kəs buradakı materiallardan öyrənmək və öyrətmək üçün istənilən şəkildə istifadə edə bilər.
Başqa müəlliflərə aid materiallar açıq mənbələrdən götürülmüşdür.
© Yaqub Məmmədli, Goranboy, 2014-2020.
Hər kəs buradakı materiallardan öyrənmək və öyrətmək üçün istənilən şəkildə istifadə edə bilər.
Başqa müəlliflərə aid materiallar açıq mənbələrdən götürülmüşdür.
© Yaqub Məmmədli, Goranboy, 2014-2020.