MÜASİR İNSAN NECƏ OLMALIDIR
Son dövrlərdə müasirlik, müasir insan olmaq sözlərindən tez-tez istifadə edilir. Əslində müasirlik nə deməkdir? Müasir insan necə olmalıdır, hansı xüsusiyyətlərə sahib olmalıdır? Bunu bilmək üçün aşağıdakı normativlərə baxa bilərsiniz. Bu normativlər Avropa, Amerika və Yaponiya sosioloqlarının gəldiyi ümumi rəy əsasında formalaşmışdır. Bu xüsusiyyətlərə sahib olan insanlar müasir insan sayıla bilər. Sizdə bu xüsusiyyətlərdən hər hansı biri yoxdursa, o xüsusiyyəti yavaş-yavaş özünüzə aşılayaraq tam müasir insan ola bilərsiniz.
Müasir insan bu xüsusiyyətlərə sahib olmalıdır:
1. AÇIQFİKİRLİLİK – Başqalarının davranış və danışığını izləmək, dinləmək və normal şəkildə qəbul etmək. Lazım olsa, yeri və zamanı uyğundursa, öz münasibətini bildirmək, məsləhət vermək.
2. MÜSTƏQİLLİK – Maddi və mənəvi (düşüncə) cəhətdən sərbəst olmaq. Düzgün qərar vermək üçün kimdənsə və ya nədənsə asılı olmamaq.
3. MƏQSƏDLİLİK – Həyatda həm özünə, həm də insanlara (cəmiyyətə) yararlı bir məqsəd uğrunda çalışmaq.
4. PROQRESSİVLİK – Hər zaman həm maddi, həm də mənəvi olaraq irəliyə, mükəmməlliyə, inkişafa can atmaq.
5. AKTİVLİK – Hər yerdə aktiv insan olmaq lazımdır. Ətrafda olan hadisələrə, problemlərə lazım olduqda müdaxilə etmək və imkan daxilində düzəltməyə çalışmaq.
6. MƏLUMATLILIQ – Yaşadığı zaman, məkan, texnika, sistem və s. hər şeyə aid, az da olsa, məlumata sahib olmaq.

Müəlliflik hüquqları açıqdır. Dəyişiklik etməmək şərti ilə köçürmək, çap etmək, yaymaq sərbəstdir.
Hər kəs buradakı materiallardan öyrənmək və öyrətmək üçün istənilən şəkildə istifadə edə bilər.
Başqa müəlliflərə aid materiallar açıq mənbələrdən götürülmüşdür.
© Yaqub Məmmədli, Goranboy, 2014-2020.