SİQARET ÇƏKƏNLƏRƏ MƏSLƏHƏT
(Siqaret insan sağlamlığına pis təsir edən bir faktor olduğu üçün
onu çəkməmək daha vacibdir. Amma siqaret çəkməyə vərdiş
etmişsinizsə, aşağıdakı qaydaları gözləməyiniz yaxşı olar.)
onu çəkməmək daha vacibdir. Amma siqaret çəkməyə vərdiş
etmişsinizsə, aşağıdakı qaydaları gözləməyiniz yaxşı olar.)
- Əldə siqaret mənzilə daxil olmaq olmaz.
- Qadın və uşaqların yanında siqaret çəkməzlər.
- Mümkün qədər acqarına siqaret çəkməyin.
- Qonaq getdiyiniz yerdə stolun üstündə kül qabı yoxdursa, siqaret çəkilməsinə icazə verilmir deməkdir.
- Siqaret qutusunu açarkən qutudakı bütün siqaretləri baş-ayaq çevirmək yaxşı olar. Gündəlik həyatda siqaret çəkərkən əlin heç də həmişə təmiz olmadığını nəzərə alsaq, siqaretin ağıza qoyulan hissəsinin təmizliyini təmin etmək məqsədilə bu məsləhət faydalıdır.
- Pis adət olsa da, çəkərkən yanınızdakı adama da təklif etmək nəzakət əlamətidir.
- Sizə təklif etmirlərsə, başqasından siqaret istəmək yaxşı deyil.
- Başqasının siqaretinin qalığını çəkmək olmaz.
- Siqareti yarısına qədər çəkməklə orqanizmə daxil olan zərərli maddələrin miqdarını yarıdan çox azaltmış olarsınız.
- Çəkərkən tələsmək, filtri çeynəmək, islatmaq yaxşı əlamət deyil.
- İctimai yerlərdə siqaret çəkməməyə alışmaq lazımdır.
Müəlliflik hüquqları açıqdır. Dəyişiklik etməmək şərti ilə köçürmək, çap etmək, yaymaq sərbəstdir.
Hər kəs buradakı materiallardan öyrənmək və öyrətmək üçün istənilən şəkildə istifadə edə bilər.
Başqa müəlliflərə aid materiallar açıq mənbələrdən götürülmüşdür.
© Yaqub Məmmədli, Goranboy, 2014-2020.
Hər kəs buradakı materiallardan öyrənmək və öyrətmək üçün istənilən şəkildə istifadə edə bilər.
Başqa müəlliflərə aid materiallar açıq mənbələrdən götürülmüşdür.
© Yaqub Məmmədli, Goranboy, 2014-2020.