HİKMƏTLİ SÖZLƏR, FAYDALI MƏSLƏHƏTLƏR
(Oxuduqlarım və öyrəndiklərim)
- Ya xeyirli bir şey danış, ya da sus!
- Müdriklik – çox şeyi bilmək deyil, lazım olan şeyi bilməkdir.
- Fürsəti əldən verib bəxtdən-taledən şikayətlənməkdənsə, inamla fəaliyyətə başlamaq lazımdır.
- Həyat geriyə gedərək başa düşülür, irəliyə gedərək yaşanılır.
- Yumurtanı sındıran kimi bilirsən, o yeməlidir, ya atmalı!
- Silginiz qələminizdən öncə bitərsə, deməli, yanlışınız çoxdur.
- Küləyin necə əsdiyi fərq eləməz, fərqi yaradan yelkənləri necə açmağınızdır.
- Müvəffəqiyyət qazanarkən çox qürurlanmayın. Qazandığınız zəfərlə məzarınızı qaza bilərsiniz.
- Uduzarkən və itərərkən çox qəmlənməyin. Uğur və mükafatın nə zaman və haradan gələcəyini bilmək olmaz.
- Danışmadan əvvəl fikirləş, amma ən əsası fikirləşəndə də, gör, nə haqda fikirləşirsən.
- Nə olduğunu düşünərsən, o olarsan! Həyatınızın hər hansı bir anında qartal olma xəyalını qursanız, xəyallarınızı təqib edin. Ətrafınızdakı toyuq düşüncəlilərin ardınca getməyin.
- Dünən ilə bu gün arasında dava çıxarsa, sabahı itirərik.
- İstədiyinizi əldə edə bilmədiyiniz anda əldə etdiyiniz şey təcrübədir.
- Tökülən dolmaz!
- Bizim mədəniyyətimizdə cəsur bir kişi hər kəsdən daha qiymətlidir.
- Cəllad adam öldürər, amma qatil sayılmaz.
- Tanrı qanunları izdivacın müqəddəsliyinə qarşı cinayət işləyənlərlə amansızca rəftar edir – Siz bunu bilirsiniz!
- Yaxşı insan isəniz bütün işləri sizə yükləyərlər.
- Ancaq ölülər bir daha ayağa qalxmaz.
- Dünən təcrübədir, öyrən; sabah təxmindir, planla; bu gün fürsətdir, istifadə et!
- Həyat kiçik imtahanlar silsiləsindən ibarətdir, imanlı insan bunları gülərüzlə qarşılayar.
- Heç vaxt bir axmaq ilə mübahisə etməyin. Dinləyənlər ayırd etməyə bilərlər.
- Cavabların hamısını öyrəndiyiniz zaman suallar dəyişər.
- Bəzən etdikləriniz üçün peşman olmanız, etmədiklərinizdən ötrü peşman olmaqdan yaxşıdır.
- Dinsizə yazığı gələn keşiş pis keşişdir.
- Mühüm olan həyatda nə qədər irəli getməyimiz deyil, oraya necə çatdığımızdır.
- Namərd əl çəkmirsə bəd əməlindən,
- İxtiyarı olmadan cəza verənlər, hakim deyil, qatildirlər.
- Bəylərin ətrafını pislər əhatələyərsə, ölkədə tamamilə pislər hakim olar.
- Tanrı bir kimsəni ucaltmaq istərsə, ona işini bilən və dürüst xidmətçilər verər.
- Bütün bulanıqlıqları durultmaq istəyirsənsə, öz ruhunu saflaşdır – xalq istər-isətəməz durular. Adam təmiz olmayan şeyləri su ilə yuyub təmizləyər. Əgər su kirli olarsa, o nə ilə və necə təmizlənər?
- Bir millətin əfəndisi ona xidmət edəndir.
- Yaxşı insan, öz mənfəətini buraxıb zəhmət çəkərək başqalarının xeyrini fikirləşən insandır. İnsanlar sizdən yaxşılıq görməzlərsə, sizin yaşadığınız nədən bilinər?
- Nəyəsə nail olmaq mümkün olmursa, bu o demək deyil ki, çalışmaq lazım deyil.
Müəlliflik hüquqları açıqdır. Dəyişiklik etməmək şərti ilə köçürmək, çap etmək, yaymaq sərbəstdir.
Hər kəs buradakı materiallardan öyrənmək və öyrətmək üçün istənilən şəkildə istifadə edə bilər.
Başqa müəlliflərə aid materiallar açıq mənbələrdən götürülmüşdür.
© Yaqub Məmmədli, Goranboy, 2014-2020.
Hər kəs buradakı materiallardan öyrənmək və öyrətmək üçün istənilən şəkildə istifadə edə bilər.
Başqa müəlliflərə aid materiallar açıq mənbələrdən götürülmüşdür.
© Yaqub Məmmədli, Goranboy, 2014-2020.