GEYİM - QİYAFƏ QAYDALARI
- Kişi və qadın özünə uyğun qiyafə – paltar dəsti seçməlidir. İçərisində olduğu yer, yaxud cəmiyyətin qəbul etməyəcəyi qiyafələri geyinməkdən çəkinməlidir.
- Paltar seçərkən insanın yaşı, fiziki görünüşü, cinsiyyəti, peşəsi (vəzifəsi) kimi xüsuslar diqqətə alınmalıdır.
- Mehmanxana (hotel), düşərgə, idman sahəsi və tətil şəhərciyi kimi yerlərdə də cəmiyyəti narahat etməyəcək qiyafələr geyinilməlidir.
- Geyinilən paltar köhnə olsa belə təmiz və ütülü olmalıdır.
- Hər hansı bir yerə gedərkən bığ, saqqal və saçın nizamına da diqqət edilməlidir. Saçı çox uzatmaq və ya çox qısa (dibdən) kəsdirmək məsləhət deyil. Xüsusilə, mədəni, ictimai iş yerlərində işləyənlər saç və bığ-saqqala diqqət etməlidirlər.
- İnsan işlədiyi iş yerində sadə geyinməyə çalışmalıdır.
- Vacib yığıncaqlara (məclislərə) yığıncağın yerini, zamanını və xüsusiyyətini nəzərə alaraq uyğun qiyafə ilə gedilməlidir.
- Qonaq qarşılama və ya qəbul etmə əsnasında da uyğun paltar seçilib geyinilməlidir.
- Geyinilən paltar – köynək, qalstuk, ayaqqabı, papaq və s. ilə uyğunluq göstərməlidir.
- Sökük, cırıq, ütüsüz paltar və boyasız ayaqqabı geyinilməməlidir.
- İnsan bədəninin cizgilərini (formasını) göstərəcək dərəcədə dar geyinmək olmaz. Bu psixologiyada eqoizm (özünü bəyənmə), özünü göstərmək əlaməti sayılır.
Müəlliflik hüquqları açıqdır. Dəyişiklik etməmək şərti ilə köçürmək, çap etmək, yaymaq sərbəstdir.
Hər kəs buradakı materiallardan öyrənmək və öyrətmək üçün istənilən şəkildə istifadə edə bilər.
Başqa müəlliflərə aid materiallar açıq mənbələrdən götürülmüşdür.
© Yaqub Məmmədli, Goranboy, 2014-2020.
Hər kəs buradakı materiallardan öyrənmək və öyrətmək üçün istənilən şəkildə istifadə edə bilər.
Başqa müəlliflərə aid materiallar açıq mənbələrdən götürülmüşdür.
© Yaqub Məmmədli, Goranboy, 2014-2020.